İDMAN
"Real Madrid" son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən xilas olub
Bakı, 23 yanvar, AZƏRTAC
Yanvarın 23-də İspaniya La Liqasında 22-ci turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Real Madrid" klubu öz meydanında "Elçe" komandasını qəbul edib.
Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 2:2. Oyunun 42-ci dəqiqəsində hesabı qonaqlar açıb. Lukas Boye fərqlənib. Fasilədən sonra görüşün 76-cı dəqiqəsində "Elçe" hesab arasındakı fərqi iki topa çatdırıb. Pere Milye komandasının vacib qolunu vurub. Buna baxmayaraq "Real Madrid" ardıcıl iki top vuraraq məğlubiyyətdən xilas olub. Luka Modriç (82) və Eder Militao (92) fərqləniblər.
Bu nəticədən sonra "Real Madrid" xal ehtiyatını 50-ə çatdıraraq turnir cədvəlində liderliyini davam etdirir. "Elçe" isə 23 xalla 15-ci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]