REGİONLAR


"Region Aqro" MMC-yə məxsus 1400 hektara yaxın taxıl zəmisindən bol məhsul gözlənilir

Goranboy, 24 may, Rauf Hacıyev, AZƏRTAC

Goranboy rayonunda yerləşən "Region Aqro" MMC-yə məxsus aqroparkda cari ilin məhsulu üçün 720 hektar toxumluq buğda, 679 hektar arpa yetişdirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda taxıl sahələrində sonuncu suvarma işləri aparılır.

Artıq arpa sahələrində məhsul yetişib. Yaxın günlərdə buğda sahəsi də biçinə hazır olacaq. Mütəxəssislərin rəyinə görə sahələrdə bol məhsul gözlənilir. Aqroparkda yetişdirilmiş taxıl sahəsinin biçilməsi üçün 2 ədəd “John Deere” markalı kombayn hazır vəziyyətdədir. Taxılın anbarlara daşınması ilə bağlı kifayət qədər texnika mövcuddur. 18 min tonluq anbar kompleksi isə dezinfeksiya edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.