İDMAN


"Roma" klubu UEFA Konfrans Liqasının 2021/2022-ci il mövsümünün qalibi olub

Bakı, 26 may, AZƏRTAC

İtaliyanın "Roma" klubu UEFA Konfrans Liqasının 2021/2022-ci il mövsümünün qalibi olub.

AZƏRTAC xəbər verir ki, ilk dəfə təşkil olunan turnirin final oyununda “Roma” klubu Niderlandın “Feyenoord” komandasına minimal hesabla qalib gəlib - 1:0.

Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçirilən oyunda yeganə qolun müəllifi Nikolo Zaniolo olub.

“Roma” 95 illik tarixində ikinci, komandanın baş məşqçisi Joze Mourinyo isə beşinci kubokunu qazanıb. "Roma" buna qədər avrokuboklarda yeganə uğuruna 1961-ci ildə imza atıb. Belə ki, klub Yarmarkalar Kubokuna (indiki Avropa Liqası) sahib çıxıb. Portuqaliyalı mütəxəssis isə hərəsində 2 dəfə olmaqla Çempionlar Liqası və Avropa Liqasında qələbə sevinci yaşayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.