İDMAN


"Sabah”-“Qəbələ” qarşılaşması qonaqların xeyrinə başa çatıb

Bakı, 14 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, günün ikinci matçında "Sabah" klubu turnir cədvəlinin autsayderi "Qəbələ"ni qəbul edib. "Bank Respublika Arena"da keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:0.

Elmar Baxşiyevin "qırmızı qaralar"ın baş məşqçisi kimi debüt etdiyi qarşılaşmanın taleyini Roman Hüseynovun 47-ci dəqiqədə vurduğu qol həll edib.

Beləliklə, ardıcıl 3 məğlubiyyətdən sonra ilk qələbəsini qazanan "Qəbələ" 7-ci pilləyə yüksəlib. Hesabında 2 xalı olan "Sabah" isə sonuncu - səkkizinci yerə enib.

Qeyd edək ki, həftənin ilk oyununda "Zirə" "Sumqayıt"ı səfərdə 2:1 hesabı ilə məğlub edib. Tura sentyabrın 15-də keçiriləcək "Keşlə" - "Səbail" və "Qarabağ" - "Neftçi" matçları ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.