İDMAN


"Sabah"ın qapıçısı Qazaxıstan klubu ilə danışıqlar aparır

Bakı, 3 noyabr, AZƏRTAC

Bakının "Sabah" futbol klubunun qapıçısı Saşa Stamenkoviç karyerasını Qazaxıstanda davam etdirə bilər.

AZƏRTAC Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, 36 yaşlı qolkiper "Aktobe" klubu ilə danışıqlar aparır.

Komandanın baş məşqçisi Vladimir Muxanov serbiyalı oyunçu ilə maraqlanır.

Qeyd edək ki, S.Stamenkoviç "Sabah" klubundan əvvəl 2016/2017-ci il mövsümündə Qazaxıstanda "Okjetpes"in formasını geyinib. Təcrübəli oyunçu 2018-ci ildən "Sabah"da çıxış edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.