İQTİSADİYYAT
"Sadıxlı" gömrük-keçid məntəqəsində yeni gömrük postunun tikintisinə tezliklə başlanılacaq
Bakı, 23 iyun, Elvin Camalov, AZƏRTAC
"Sadıxlı" gömrük-keçid məntəqəsində yeni gömrük postunun tikintisinə tezliklə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.
O bildirib ki, Azərbaycan və Gürcüstan gömrükçülərinin birgə fəaliyyət göstərəcəyi gömrük postunun tikintisi ilə bağlı danışıqlar yekunlaşıb, nəticələr əldə olunub. Tezliklə gömrük postunun tikintisinə başlanılacaq.
A.Abasov qeyd edib ki, birgə binada fəaliyyətin mahiyyəti ondan ibarətdir ki, nəqliyyat vasitəsi hansı ölkədə yoxlanılsa digər tərəf yoxlama aparmayacaq. Bu da ticarətin asanlaşmasına və sürətli olmasına xidmət edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]