CƏMİYYƏT


"Sağlam qidalanma" mövzusunda maarifləndirici tədbir keçirilib

Bakı, 12 iyul, AZƏRTAC

Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında "Sağlam qidalanma" mövzusunda maarifləndirici tədbir keçirilib.

Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) səhiyyə kommunikasiyası şöbəsindən AZƏRTAC-a bildirilib.

Açılışda çıxış edən kurs rəisi, polis polkovnik-leytenantı Mehman Həsənov açaraq, bu cür maarifləndirici tədbirlərin sağlam gəncliyin formalaşmasında mühüm rol oynadığını bildirib. Akademiyanın Tibb-sanitariya hissəsinin rəisi, tibb xidməti polkovniki Sərdar Əliyev akademiyada aparılan sanitar maarifi sahəsində görülən işlər barədə məlumat verib.

İSİM-in səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Lətafət Dadaşova kursantlar qarşısında təqdimatla çıxış edərək, düzgün qidalanma ilə yanaşı sağlamlıq üçün davamlı fiziki aktivliyin əhəmiyyət kəsb etdiyini bildirib. Kursantların böyük marağına səbəb olan təqdimatda L. Dadaşova sağlam qidalanma üçün zəruri məhsullar və onların gündəlik qida norması, qida məhsullarının etiketləri barədə məlumat verdikdən sonra onları maraqlandıran sualları cavablandırıb.

Tədbirin sonunda həkim əhalinin sağlamlığının qorunması istiqamətində İSİM tərəfindən həyata keçirilən tədbirlər barədə kursantları məlumatlandırıb və onlara sağlam qidalanmaya dair maarifləndirici materiallar təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.