İQTİSADİYYAT


"Schneider Electric" Azərbaycanda energetika üzrə yay məktəbi təşkil edib

Bakı, 10 avqust, AZƏRTAC

Hər il keçirilən ənənəvi yay tədris proqramı çərçivəsində "Schneider Electric" Azərbaycanda ali məktəb tələbələri üçün energetika üzrə təlim kursları təşkil edib.

Şirkətin Azərbaycandakı filialından AZƏRTAC-a bildirilib ki, bir aylıq yay tədris proqramı çərçivəsində keçirilən kurslara Azərbaycan Dövlət Neft Akademiyası və Bakı Ali Neft Məktəbindən 40 tələbə cəlb olunub.

Təlim kurslarında enerjidən səmərəli istifadə, kommersiya və yaşayış təyinatlı tikintilərdə idarəetmə sistemləri, sənayenin avtomatlaşdırılması, elektrik paylama sistemləri, məlumat mərkəzləri, enerji təchizatı və soyutma sistemləri sahələri üzrə məlumat verilib.

2007-ci ildən qlobal enerji idarəetməsi sahəsində lider olan "Schneider Electric" 6 tədris laboratoriyası qurub. Azərbaycanın texniki universitetlərinin təxminən 600 tələbəsi şirkətin təlim kurslarında iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.