MƏDƏNİYYƏT


"Şəki Xan Sarayı"na virtual səyahət

Bakı, 14 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Azərbaycanın nadir tarixi memarlıq abidələrindən olan "Şəki Xan Sarayı"na virtual səyahət və videoçarx hazırlayıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda Şəki Xan Sarayının tarixi keçmişinə və bugününə geniş yer ayrılıb və izləyicilər üçün dolğun məlumatlar yer alıb.

Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağının ətəyində yerləşmiş qədim Şəki şəhəri özünün təbii gözəllikləri ilə birlikdə, həm də tarixi abidələri ilə çox zəngindir. XVIII əsrdə bu şəhər Şimali Azərbaycanın dövlətli vilayətlərindən olan Şəki xanlığının mərkəz şəhəri idi. Şəhərin ən hündür hissəsində, əski xan qalasının içərisində, 1762-ci ildə Azərbaycan memarlığının ən gözəl nümunəsi olan ikimərtəbəli yay sarayı tikilib. Sarayı üzük qaşı kimi dörd bir tərəfdən möhtəşəm barılar əhatə edib.

Saray kompleksinin 1853-cü ildə tərtib olunmuş planından məlum olur ki, qalanın içərisində xanların və onların ailələri üçün qış və yay saraylarından başqa, digər tikililəri də olub. Saray divarlarının ucaldılmasında çay daşlarından və çiy kərpicdən istifadə olunub. Lakin bu divarlar üzərində kirəc məhlulu və gəclə sənətkarlar milli memarlıq sənətimizdə yeni dəst-xətt əlavə ediblər. Sarayın birinci mərtəbəsi qonaqların qəbulu üçün ayrılıb. Burada xan Şəkiyə gələn rəsmi nümayəndələri, səfirləri, dövlət elçilərini və başqa qonaqları qəbul edib.

Hazırlanmış videoçarxa aşağıdakı keçid vasitəsilə baxa bilərsiniz: https://www.instagram.com/tv/CFF1qnGhfjo/?igshid=ociddepnmv9c

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.