CƏMİYYƏT


"Səyyar gənclər xidməti" layihəsi ikinci rayonda öz işini yekunlaşdırıb

Bakı, 21 iyun, AZƏRTAC

"Səyyar gənclər xidməti" layihəsi ikinci rayonda öz işini yekunlaşdırıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzindən(GİKM) AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi Hacıqabul rayonunun Talışkənd və Rəncbər kənd gəncləri ilə əyləncəli, öyrədici, möhtəşəm bir gün keçirib, gəncliyin gənclərə verdiyi imkanlardan maksimum istifadə etməkdən ibarət olub.

Xidmət çərçivəsində gənclər üçün müxtəlif mövzular üzrə təlimlər, şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər təşkil edilib. Həmçinin, əyləncə proqramları təşkil edilərək gənclər arasında müxtəlif intellektual və idman yarışları keçirilib.

Qeyd olunub ki, layihə Azərbaycan Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.