İDMAN


"Shuttle Time" proqramı Avropa Badminton Konfederasiyasının illik iclasında nümayiş olunub

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycanda həyata keçirilən "Shuttle Time" proqramı Avropa Badminton Konfederasiyasının illik iclasında nümayiş olunub.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri hazırlamaqdır.

Tədbirdə videoçarx iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Artıq 800-dən çox gənc məşqçi və idmançı yetişdirilib.

“Shuttle Time” proqramı Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.