REGİONLAR


"Sitrus bitkiləri gübrələnməsinin elmi-praktik əsasları" adlı yeni kitabı nəşr edilib

Quba, 5 may, Elxan Yusifli, AZƏRTAC

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun "Sitrus bitkiləri gübrələnməsinin elmi-praktik əsasları" adlı yeni kitabı nəşr edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, monoqrafiyada uzun müddət ərzində Lənkəran-Astara subtropik bölgəsində sitrus bitkilərinin gübrələnməsinin nəzəri və praktik məsələlərinin həllinə həsr edilmiş elmi-tədqiqat işlərinin tətbiqi materialları təqdim olunub.

Aqrar elmlər üzrə fəlsəfə doktoru Xalıqverdi Babayevin müəllifi olan kitabda sitrus bitkilərinin botaniki, bioloji, elmi-nəzəri və praktiki aspektləri, gübrələrin təsnifatı və növləri, dozaların optimallaşdırılması metodları, gübrələmə sistemi haqqında məlumatlar yer alıb.

Kitab sitrus bitkilərinin istehsalı ilə məşğul olan fermer və sahibkarlar, həvəskar bağbanlar üçün nəzərdə tutulub. Kitabdan, həmçinin meyvəçilik sahəsində çalışan mütəxəssislər və ali məktəb tələbələri də istifadə edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.