"Sosial müavinətlər haqqında” Qanunda dəyişikliklər vətəndaşların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi məqsədi daşıyır
AzerTAg.az
Bakı, 13 may, AZƏRTAC
Milli Məclis “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təsdiq edib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin mayın 13-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
“Sosial müavinətlər haqqında” Qanunun 5-ci və 7-ci maddələrinə təklif edilən dəyişikliklər "Əmək pensiyaları haqqında" Qanunun 14-cü maddəsinə nəzərdə tutulan dəyişikliklərlə bağlıdır və mahiyyət etibarilə uyğunlaşma xarakteri daşıyır. Bu dəyişikliyə görə, ailə başçısını itirməyə görə pensiya alan ailə üzvlərindən hər hansı birinin həm də sosial müavinət alma hüququ olduqda, şəxsin pensiya və müavinət arasında seçim etmək, həmçinin hər iki sosial təminat hüququndan yararlanmaq imkanı olacaqdır.
Layihə vətəndaşların sosial müdafiəsinin daha da möhkəmləndirilməsinə yönəlmiş dəyişikliyi özündə ehtiva edir.

Xəbərin mətnində orfoqrafik səhv var