İDMAN


"Sportinq" və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb

Bakı, 20 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində saat 23:00-da başlayacaq "Sportinq"-“Qarabağ” görüşü üçün start heyətlər açıqlanıb.

AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın start heyətində Vagner, Qara Qarayev, Maksim Medvedev, İnnosent Emeqara, Abdella Zubir, Mahir Mədətov, Filip Ozoviç, Yaqub Jerniçak, Bədavi Hüseynov, Donald Gerye və Çoşqun Diniyev yer alıblar.

"Sportinq" klubunun ilk onbirliyində isə meydana Romen Salen, Sebastyan Koates, Brunu Fernandeş, Markos Akunya, Fredi Montero, Stefan Ristovski, Rodrigo Batalya, Nani, Rafinya, Jeremi Matyö və Nemanya Qudel çıxacaqlar.

“Joze Alvalade” stadionunda keçiriləcək qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Fransua Leteksiye olacaq. Ona Siril Münyö və Mehdi Rahmuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bertran Juanno yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Frank Şnayder və Kərim Abed olacaqlar.

Matçın hakim-inspektoru Bosniya və Herseqovinalı Elmir Pilav, UEFA nümayəndəsi isə çexiyalı Patrik Filipekdir.

"Qarabağ" klubunun yer aldığı E qrupunun digər oyununda İngiltərənin "Arsenal" klubu Ukraynanın "Vorskla" komandasın qəbul edəcək.

Oyun “CBC Sport” telekanalında birbaşa yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.