İDMAN


"Sportinq"in baş məşqçisi: Biz öz oyunumuzla mərhələ adlamaq niyyətindəyik

Bakı, 29 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Biz öz oyunumuza köklənəcəyik. Paralel oyunda bizim üçün münasib hesab qeydə alınsa, lap yaxşı olar. Amma biz öz oyunumuzla mərhələ adlamaq niyyətindəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 28-də “Sportinq” klubunun baş məşqçisi Marsel Kayzer UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turunda “Qarabağ” ilə oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi, həmçinin bildirib: “Sabahkı oyunda əsas məsələ ruh yüksəkliyidir. Komandamdan bunu gözləyirəm. Əgər buna əməl olunarsa, istəyimizə çata bilərik. Hər iki komanda sabahkı oyunda qələbə üçün çıxacaq. Bu da oyunun maraqlı olacağını vəd edir. "Qarabağ"ın üç oyununu izləmişəm. Çox gözəl, modern futbol oynayır. Əks-hücum komponentlərində yaxşı komandadır, topla yaxşı rəftar edir.

Ölkənizə ilk dəfədir gəlirəm. Bura xoşuma gəlir. O ki, qaldı bizim heyətdə olan zədəli oyunçulara, yaxşı komanda tək 11 futbolçudan ibarət deyil. Bizim 25 futbolçumuz var. Onlardan 19-nu buraya gətirmişik və layiqincə çıxış edəcəklərinə inanıram.

Baş məşqçisi ilə birgə mətbuat konfransına qatılan “Sportinq”in futbolçusu Andrea Pintu da fikirlərin bölüşüb. O deyib ki, “Qarabağ” cinah ötürmələrinə bel bağlayan və topa nəzarət etməyi sevən komandadır".

İtkilərə rəğmən, qələbə qazanmağa qadir olduqlarını vurğulayan A.Pintu bildirib: “Sportinq” böyük komandadır. İtkilərdən çıxış yolu tapaq mümkündür. Buraya gələn oyunçularla qalib gəlmək imkanımız var".

Qeyd edək ki, matç Bakı Olimpiya Stadionunda oynanılacaq. Görüşü Fransadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Fransua Leteksiye olacaq. Ona yan xətt hakimləri Siril Münyö və Mehdi Rahmuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bertran Juanno yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Frank Şnayder və Kərim Abed olacaqlar.

Matçın hakim-inspektoru bosniya və herseqovinalı Elmir Pilav, UEFA nümayəndəsi isə çexiyalı Patrik Filipekdir.

Dörd turdan sonra E qrupuna 10 xalla “Arsenal” klubu liderlik edir. “Sportinq”in 7, “Vorskla” və "Qarabağ"ın aktivlərində 3 xal var.

Xatırladaq ki, qrupun digər oyununda İngiltərənin "Arsenal" klubunu səfərdə Ukraynanın "Vorskla" komandasının qonağı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.