REGİONLAR


"Sumqayıt" futbol akademiyasında “İstedad Proqramı” layihəsi davam edir

Sumqayıt, 15 mart, AZƏRTAC

“Sumqayıt” futbol akademiyasında “İstedad Proqramı” layihəsi davam edir. Bu layihə akademiyada futbolun sirlərini öyrənən, gələcək vəd edən perspektivli futbolçularla fərdi sistem üzərindən inkişaf proqramıdır.

“Sumqayıt” FK-dan AZƏRTAC-a bildirilib ki, layihənin bu mərhələsində U-12-dən U-15-dək olan komandalarda fərqlənən 12 futbolçu iştirak edir. Proqramın ilkin mərhələsində ötən il U-15, U-16, U-17 və U-19 komandalarının aparıcı üzvləri iştirak edirdi. Həftədə bir dəfə bazar ertəsi günləri keçirilən layihə 4 modul üzrə mövsümün sonuna qədər davam edəcək.

Bundan əlavə, “İstedad Proqramı” layihəsindəki futbolçular həftədə bir dəfə olmaqla, ingilis dili dərslərində iştirak edir. Layihə çərçivəsində futbolçulara fərdi məşqlərlə yanaşı, fiziki göstəricilərin artırılması yönündə xüsusi çalışmalar, öz oyunlarının videoanalizləri, texniki məşqlər və şahmat oyunları da keçirilir.

On iki nəfərlik proqramda mövsüm ərzində dəyişikliklər də oluna biləcək. Belə ki, məşqlərdə özlərini yaxşı cəhətdən göstərən digər futbolçular da bu layihəyə cəlb oluna biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.