İDMAN


"Sumqayıt" futbol klubu Orxan Əliyevi heyətinə cəlb edib

Sumqayıt, 13 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

“Sumqayıt” futbol klubu növbəti futbolçunu heyətinə cəlb edib. 2011-2015-ci illərdə komandanın şərəfini qorumuş Orxan Əliyevlə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Bu barədə AZƏRTAC –a “Sumqayıt” futbol klubunun mətbuat xidmətindən bildiriblər. Adıçəkilən futbolçu “Sumqayıt”da 8 nömrəli formada çıxış edəcək.

22 yaşlı Orxan Əliyev 2011-2015-ci illərdə komandanın heyətində meydana çıxdığı 73 qarşılaşmada 14 dəfə rəqib qapılarına yol tapıb. Son mövsümü “Zirə”də (5 oyun) keçirən yarımmüdafiəçi “Xəzər Lənkəran” (8 oyun) və “Kəpəz”in də (39 oyun, 3 qol) şərəfini qoruyub.

Orxan Əliyev, həmçinin U-16, U-17, U-18, U-19 və U-21 millilərimizin də formasını geyinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.