İDMAN


"Sumqayıt" klubu daha bir oyunçu ilə müqavilə imzalayıb

Bakı, 12 avqust, AZƏRTAC

2019-2020-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" futbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib.

Klubdan AZƏRTAC–a bildirilib ki, "Sumqayıt" şəhərinin təmsilçisi iranlı hücumçu Mehdi Şərifi ilə ikiillik müqavilə imzalayıb. M.Şərifi "Sumqayıt" komandasının heyətində 70 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Mehdi Şərifi karyerası ərzində "Sepahan" (74 oyun, 27 qol), "Traktorsazi" (37 oyun, 4 qol) və "Perspolis" (4 oyun) klublarının şərəfini qoruyub. İyirmi altı yaşlı futbolçu iki dəfə İran çempionu (2014-2015-ci illər, 2018-2019-cu illər), iki dəfə isə İran kubokunun qalibi olub (2012-2013-cü illər, 2018-2019-cu illər).

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.