MƏDƏNİYYƏT


"Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsinə başlanılıb

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi "Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsini avqustun 1-dən həyata keçirməyə başlayıb.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi Şuşada aparılmış arxeoloji, etnoqrafik, epiqrafik, numizmatik və paleoqrafik tədqiqatların dağınıq halda olan hesabatlarını bir yerə toplamaq, iki dildə nəşrə hazırlamaq və nəşr etmək, Britaniyada yerləşən “Orta Əsrlər Sonrası Arxeologiya Cəmiyyəti” ilə Şuşa şəhəri üçün əməkdaşlıq etmək, eləcə də ilkin mərhələdə həmin cəmiyyətin nəşrlərində məqalə və ya kitab nəşr etmək, həmçinin 2022-ci ilin noyabr ayında Şuşa şəhərində “Abidələr və Tarixi Yerlər Dördüncü Beynəlxalq Şuşa Simpoziumu”nu keçirməkdir.

Layihənin planlaşdırılması mərhələsində ekspertlər müəyyən edilib, könüllülər cəlb olunub və onların iştirakı ilə fərdi qaydada işçi görüşlər keçirilib. Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, onun Şuşa filialı, Milli Arxiv İdarəsi, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna fond və arxivlərində araşdırma aparılması üçün müraciət olunub. Xarici səfərlər, Gürcüstan, Rusiya, Almaniya, Fransa, həmçinin əlavə olaraq İtaliya və Macarıstan ilə yazışmalar aparılıb. Yaxın günlərdə Şuşa şəhərində xüsusilə epiqrafik araşdırmanın aparılması planlaşdırılıb və mütəxəssislər müəyyən edilib. Görülən işlərlə yerli və xarici ictimaiyyəti tanış etmək üçün sosial şəbəkələrdə "Şuşanın tarixi-mədəni irsi" səhifəsi yaradılıb.

Qeyd edək ki, avqustun 11-də layihənin ekspertləri və könüllüləri Milli Azərbaycan Tarixi Muzeyinin akt zalında növbəti toplantı keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.