CƏMİYYƏT


"Təməl cərrahi laparoskopik bacarıqlar" kursunun iştirakçılarına sertifikatlar verilib

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında I kurs rezidentləri üçün təşkil olunan "Təməl cərrahi laparoskopik bacarıqlar" kursu üzrə təlimlər davam edir.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kursun əsas məqsədi rezidentlərə tikişlərin qoyulması, cərrahi əlcəklərin geyinilmə və düyünlərin bağlanması qaydaları, kəsiklərin aparılması, bağırsaqlar üzərində anastomozların qoyulması, bağırsaq ilgəyinin işlənilməsi, ateromanın və dəri üzərindəki törəmələrin xaric olunması kimi ilkin cərrahi bacarıqlar, həmçinin laparoskopik alətlərlə tanışlıq və laparoskopik bacarıqların öyrədilməsindən ibarətdir. Təlim başa çatandan sonra hər bir iştirakçı rezidentə xüsusi sertifikat veriləcək.

Növbəti mərhələdə ginekologiya, uşaq cərrahiyyəsi və ümumi cərrahiyyə ixtisasları üzrə 9 rezidentə xüsusi sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.