İDMAN


"Tokio-2020": Cüdoçumuz Məmmədəli Mehdiyev səkkizdəbir final mərhələsində məğlub olub

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Tokio Olimpiadasında növbəti görüşünü keçirib.

AZƏRTAC xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Mixail İqolnikova (Rusiya Olimpiya Komitəsi) məğlub olub. Cüdoçumuz startda Qazaxıstan idmançısı İslam Bozbayevə qalib gəlib.

Azərbaycan "Tokio-2020"də 9 cüdoçu ilə təmsil edilir. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq) və Murad Fətiyev (83 kq) yarışı medalsız başa vurublar. Orucov bürünc medal uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.