İDMAN


"Tokio-2020": Təmsilçimiz Emin Cəfərov stend atıcılığı yarışlarında iştirak edir

Bakı, 25 iyul, AZƏRTAC

Tokioda Azərbaycan idmançılarının da iştirak etdiyi Yay Olimpiya Oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın daha bir idmançısı mübarizəyə qoşulub. Belə ki, təmsilçimiz Emin Cəfərov stend atıcılığı yarışlarında iştirak edir.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

“Tokio-2020”də ən böyük heyət ABŞ komandasına məxsusdur. Yarışda ABŞ-ı 613 atlet təmsil edəcək. Andorra, Bermud Adaları, Bruney, Dominik, Lesoto, Mavritaniya, Marşal Adaları, Nauru, Somali, Tuvalu, Mərkəzi Afrika Respublikası və Cənubi Sudan 2 idmançı ilə təmsil olunur. Dördilliyin zirvə yarışında, həmçinin qaçqınlardan ibarət və BOK-un komandaları iştirak edir.

Turnirin ən az yaşlı idmançısı suriyalı Hend Zazadır. On iki yaşlı idmançı stolüstü tennis yarışlarında gücünü sınayacaq. Ən yaşlı idmançı – 66 yaşlı avstraliyalı Meri Hanna isə atçılıq yarışlarında mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.