İDMAN


"Tokio-2020" Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək daha 5 idmançının adı açıqlanıb

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) atletika idman növü üzrə milli komandasının üzvləri Elvin Astanov, Elmir Cəbrayılov, Səid Nəcəfzadə, Həmid Heydərli və Yelena Çebanu "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında ölkəmizin şərəfini qoruyacaqlar.

AMPK-dan AZƏRTAC-a bildiriblər ki, sonuncu açıq Avropa çempionatında uğurla iştirak etmiş idmançılarımız E.Astanov, E.Cəbrayılov, S.Nəcəfzadə və H.Həmidli, eləcə də reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr əldə etmiş Y.Çebanu "Tokio-2020"də iştirak hüququnu qazanıblar.

Beləliklə, "Tokio-2020 Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək atletlərimizin sayı 8-ə çatıb. Oluxan Musayev, Kamil Əliyev və Samir Nəbiyev daha əvvəl dünya çempionatında göstərdikləri nəticələrə görə Oyunlara iştirak hüququ qazanmışdırlar.

"Tokio-2020"y lisenziya qazanmış Oluxan Musayev, Samir Nəbiyev və Elvin Astanov nüvə itələmə, Elmir Cəbrayılov və Yelena Çebanu qaçış, Kamil Əliyev və Səid Nəcəfzadə uzunluğa tullanma, Həmid Heydərli isə nizə atma növündə iştirak edəcəklər.

Qeyd edək ki, bu günədək AMPK-nın idmançıları "Tokio-2020"yə artıq 18 lisenziya əldə ediblər. Onlardan 8 – atletika, 4 – parataekvondo, 3 – üzgüçülük, 2 – güllə atıcılığı və 1 – pauerliftinq növündəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.