İDMAN
"Trabzonspor" səfərdə "Qalatasaray"ı məğlub edərək öz liderliyini saxlayıb
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 23-də futbol üzrə Türkiyə çempionatının XXIII turu çərçivəsində keçirilən qarşılaşmada “Trabzonspor" səfərdə “Qalatasaray”ı qəbul edib.
AZƏRTAC xəbər verir ki, gərgin keçən qarşılaşmada hesabı meydan sahiblərinin yarımmüdafiəçisi Aleksandr Cicaldau onbirmetrlik cərimə zərbəsindən açıb. Lakin qonaq komandanın futbolçusu Anastasios Bakasetas 84-cü dəqiqədə hesabı bərabərləşdirməyə nail olub. Cəmi 6 dəqiqə sonra isə Trabzon təmsilçisinin yarımmüdafiəçisi Edin Viska komandasının qələbə topunu vurub.
Beləliklə, "Trabzonspor" səfərdə "Qalatasaray"ı məğlub edərək öz liderliyini qoruyub saxlayıb.
Günün digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb.
"Hatayspor" - "Rizəspor" - 0:0;
"Kasımpaşa" - "Kayserispor" - 3:1;
"Altay" - "Konyaspor" - 0:1;
"Antalyaspor" - "Qaziantep" - 0:0;
"Giresunspor" - "Alanyaspor" - 1:3.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 54 xalla “Trabzonspor” başçılıq edir. Ondan 9 xal geri qalan “Konyaspor” ikinci, sonuncudan yeddi xal geri qalan “Alanyaspor” isə üçüncü pillələrdə qərarlaşır.