İDMAN


"Turan Tovuz" klubu heyətini yeni futbolçu ilə gücləndirib

Bakı, 10 avqust, AZƏRTAC

"Turan Tovuz" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

AZƏRTAC klubun rəsmi saytına istinadla bildirir ki, Tovuz təmsilçisi kamerunlu hücumçu Runi Evanı transfer edib.

İyirmi altı yaşlı forvardla birillik müqavilə bağlanıb.

Qeyd edək ki, karyerasına vətənində "Apeje"də başlayan Eva Yunanıstanda "Veria", “Asteras”, “Trikala”, Əlcəzairdə “Algier”, “Əyn Emlila” klublarında forma geyinib. O, son olaraq Yunanıstan təmsilçisi “Apollon”un (Pontu) şərəfini qoruyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.