CƏMİYYƏT
"Uşaqların təkmil həyatına dəstək" kursuna dair təlim keçirilib
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycanda ilk dəfə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda xaricdə təhsil alan və yerli həkimlərimiz üçün “Çocuk Acil Tıp ve Yoğun Bakım Derneği” tərəfindən "Uşaqların təkmil həyatına dəstək" kursuna (ÇİYAD) dair təlim keçirilib.
AZƏRTAC Elmi-Tədqiqat Pediatriya İnstitutuna istinadla bildirir ki, təlimdə institutun direktoru Allahverdi Musayev, “Çocuk Acil Tıp ve Yoğun Bakım Derneği”nin nümayəndələri Dinçer Yıldızdaş, Murat Duman, Tanıl Kendirli və Emel Ulusoy məruzə ediblər.
Məruzələrdə kursun müasir dövrdəki vacibliyi vurğulanıb. Qeyd edilib ki, təlim keçən həkimlərin üzərinə çox məsuliyyətli iş düşür.
Kursun məqsədi təlimdə iştirak edən həkimlərin gələcəkdə keçirilən ÇİYAD kurslarında təlimçi kimi iştirak etməsidir.
Təlimin sonunda kursu uğurla yekunlaşdıran iştirakçılara sertifikatlar təqdim olunub.