MƏDƏNİYYƏT


"Vaxtı keçmiş" elmi-fantastik filminin treyleri nümayiş olunub

Bakı, 21 yanvar, AZƏRTAC

"Mystery Road" və "Goldstone" kimi əsərləri ilə tanıdığımız rejissor İvan Senin yeni "Vaxtı keçmiş" (Expired) filminin treyleri paylaşılıb.

AZƏRTAC xəbər verir ki, filmin baş rollarını məşhur avstraliyalı aktrisa Jillian Nguyen və “Üzüklərin hökmdarı”, “Matrix” kimi filmlərdə rol almış usta aktyor Hüqo Uivinq ifa edirlər.

Film distopik bir gələcəkdə Honq-Konqda baş verən hekayədən bəhs edir. Filmdə sui-qəsdçi Cekin yolu bir gecə klubu müğənnisi April ilə kəsişir. Aprilə olan cazibəsi getdikcə artan Cekin, sağlamlığı müəmmalı şəkildə pisləşməyə başlayır.

Doktor Berqman Cekin hər kəsdən gizlətdiyi sirrini açır və öz qaranlıq keçmişi ilə üzləşməyə məcbur edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.