ELM VƏ TƏHSİL


"Vikipediya"da Biləsuvar rayonunun şəhidləri haqqında məqalələr yaradılıb

Bakı, 16 yanvar, AZƏRTAC

Biləsuvar rayonunda ötən ilin yayında yaradılan “Vikipediya” qrupu fəaliyyətini uğurla davam etdirir. Biləsuvarlı gənclər də bu işə öz töhfəsini verir, “Vikipediya”da məqalələrin zənginləşdirilməsində könüllü kimi fəaliyyət göstərirlər. Könüllü gənclərimiz Fidan Orucova, Ruqiyyə Orucova və Emin Abbaszadə Vətən müharibəsində Biləsuvar rayonunun qəhrəmancasına həlak olan 69 şəhidi haqqında məqalə yaradıblar. "Viki" qrupun koordinatoru Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Elnur Hüseynlidir.

Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Otuz ilə yaxın işğal altında olan torpaqlarımızın bu gün mərd, qəhrəman Azərbaycan oğulları tərəfindən erməni işğalından azad olunması hər birimizi qürurlandırır. Məqsədimiz qəhrəman Vətən oğullarının xatirəsini "viki"ləşdirmək və onlar haqqında məlumatları gələcək nəsillərə çatdırmaqdır. Bu, çox həssas mövzudur. Ölkəmizin ərazi bötövlüyü və Vətənimizin müdafiəsi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmağı özlərinə ən böyük şərəf sayan oğullarımızı tanıtmaq isə hər birimizin vətəndaşlıq borcu olmalıdır”, - deyə E.Eltürk qeyd edib.

Qeyd edək ki, Biləsuvar rayonunda "viki" könüllülər qrupu Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun təşəbbüsü ilə yaradılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.