İQTİSADİYYAT


"Worldfood Moscow 2018" Beynəlxalq Ərzaq Sərgisində 35 Azərbaycan şirkəti təmsil olunacaq

Bakı, 14 sentyabr, AZƏRTAC 

"Worldfood Moscow 2018" Beynəlxalq Ərzaq Sərgisində 35 Azərbaycan şirkəti təmsil olunacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 17-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Worldfood Moscow 2018" sərgisi açılacaq. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə "Made in Azerbaijan" vahid ölkə stendində qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və digər məhsulların istehsalı və ixracı ilə məşğul olan 35 Azərbaycan şirkəti təmsil olunacaq.

Sərgi sentyabrın 20-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan sahibkarları artıq ikinci dəfədir ki, "Worldfood Moscow" Beynəlxalq Ərzaq Sərgisində iştirak edirlər.

Ümumilikdə isə, indiyədək yerli məhsullarımız 13 beynəlxalq sərgidə vahid ölkə stendi ilə təmsil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.