İQTİSADİYYAT


"Worldfood Moscow 2018" Sərgisində Azərbaycan məhsullarının 6 ölkəyə ixracına dair danışıqlar aparılır

Bakı, 19 sentyabr, AZƏRTAC

Moskvada keçirilən "Worldfood Moscow 2018" Sərgisi çərçivəsində Azərbaycanın "Avrora" şirkəti Koreyanın "Woollim Food" şirkəti ilə makaron məhsullarının, Türkiyənin "Oğuz", Polşanın "Krynica vitamin" və Rusiyanın "Patriot" şirkəti ilə energetik içkilərin, həmçinin Belarusun "Svitok" şirkəti ilə isə məhsullarının ixracına dair danışıqlar aparıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rusiyada fəaliyyət göstərən "Grante" şirkəti Azərbaycanın "Can-Pa" şirkətinə Rusiyada distribüterliyinin açılmasını təklif edib. Rusiyanın "Gimex", "9 Bar Coffee", "ТРАССА" şirkətlər qrupu Azərbaycanın "Can-Pa" şirkətinin məhsullarının Rusiyanın supermarketlərdə satışına dair müzakirələr aparıblar.

Sərgidə digər Azərbaycan məhsulları kimi, şərab və başqa spirtli içkilər də iştirakçılar tərəfindən maraqla qarşılanıb. Rusiyanın "Sima-lend" və "Avrasiya" ticarət şəbəkələri Göygöl Şərab Zavodunun məhsullarının Rusiyada satışına böyük maraq göstərirlər. Azərbaycanın "Sirab" şirkəti Rusiyanın bir çox regionlarında fəaliyyət göstərən topdansatış məntəqələrində mineral sularının satışına dair danışıqlar aparıb.

Azərbaycanın "Gilan" şirkəti öz məhsullarının müxtəlif ölkələrdən olan şirkətlərlə, "Balacans" şirkəti isə quru meyvə məshullarının Dubaya ixracına dair "Cocojomila" şirkəti ilə danışıqları davam etdirir.

"Worldfood Moscow 2018" Sərgisi davam edir.

Qeyd edək ki, ötən il olduğu kimi, bu il də Azərbaycan "Worldfood Moscow 2018" sərgisinin rəsmi tərəfdaşıdır.

Sərgidə 35 Azərbaycan şirkəti "Made in Azerbaijan" vahid ölkə stendi ilə təmsil olunur. Azərbaycanın qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları xarici şirkətlər və sərgiyə gələnlər tərəfindən maraqla qarşılanır.

Sərgi çərçivəsində Azərbaycan iş adamları rusiyalı və xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, potensial müştərilərlə məhsul ixracına dair müzakirələr aparıblar.

Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin və Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan şərablarının peşəkar dequstasiyası keçirilib. İştirakçılar Azərbaycan şərablarının dadı və keyfiyyətini yüksək qiymətləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.