REGİONLAR


"Xəzər bağları"nda baş verən yanğın söndürülüb

Sumqayıt, 23 oktyabr, AZƏRTAC

Sumqayıtda bu gün səhər saatlarında yanğın baş verib. Hadisə şəhərin "Xəzər bağları" yaşayış massivində qeydə alınıb.

AZƏRTAC Şəhər Yanğından Mühafizə İdarəsinə istinadla xəbər verir ki, qamışlıq ərazidə başlayan yanğın 3000 kvadratmetr sahəni əhatə edib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın tam söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.