İQTİSADİYYAT


"Xəzər" avtomobillərinin MDB ölkələrinə ixracı ilə bağlı danışıqlar aparılır

Neftçala, 8 iyun, Elvin Camalov, AZƏRTAC

Neftçalada fəaliyyət göstərən "Xəzər" zavodunun istehsal etdiyi avtomobillərin MDB ölkələrinə ixracı ilə bağlı danışıqlar aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə "Xəzər" avtomobil zavodunun rəhbəri Emin Axundov deyib.

O bildirib ki, "Xəzər" avtomobil zavodunda istehsal olunan avtomobillərin xarici bazarlarda satışı ilə bağlı danışıqlar aparılır. Avtomobillər əsasən MDB ölkələrinə ixrac ediləcək.

E.Axundov, həmçinin qeyd edib ki, avtomobillərin satışı 3 formada həyata keçiriləcək. Avtomobillər nağd satış, lizinq və kredit yolu ilə satılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.