CƏMİYYƏT
"YAŞAT" Fondunun təşkilatçılığı ilə növbəti dəfə "Hədiyyə Karvanı" layihəsinə start verilib
Bakı, 1 iyun, AZƏRTAC
"YAŞAT" Fondunun təşkilatçılığı ilə növbəti dəfə "Hədiyyə Karvanı" layihəsinə start verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində reallaşdırılan layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan övladlarına hədiyyə qutuları çatdırılacaq. Ümumilikdə layihə ölkəmizin müxtəlif regionlarındakı 1700-dək uşağı əhatə edəcək. Məqsəd onlara sevinc bəxş etmək, eləcə də onların hərtərəfli inkişafına dəstək olmaqdır.
Vətən əsgərinə, şəhid övladları isə xalqa əmanətdirlər!
Layihənin logistika dəstəkçisi Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistics”dir.