CƏMİYYƏT


"YAŞAT" düşərgəsində unudulmaz gün

Bakı, 18 avqust, AZƏRTAC

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən 2-ci “YAŞAT” düşərgəsinin 6-cı həftəsinin növbəti gününə səhər idmanı və psixoloqlarla görüş ilə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, daha sonra Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən mobil tətbiqlər, istifadəçi interfeysi mövzusunda təlim baş tutub.

Gün dünyada ilk tanker-muzeyi olan "Suraxanı" gəmi muzeyinin nümayəndələrinin təqdimatı ilə davam edib. Muzeyin direktoru Tural İbrahimov Dənizkənarı Milli Parkda yerləşən və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus "Suraxanı" gəmisi barədə ətraflı məlumat verib. Nümayiş olunan eksponatlar da böyük maraq doğurub.

“Xəzər" Yelkənli Qayıqlar İdman Klubunun direktoru Tatyana Srebnaya qapalı hovuzda uşaqlara yelkənçinin qayığı, əşyaları barədə təqdimat edib.

Sonra Xüsusi Təyinatlı Qüvvələrin qazilərinin iştirakı ilə səmt təyinetmə ilə bağlı təlim keçirilib və yarış təşkil olunub. Eyni zamanda düşərgə iştirakçılarından Xəyal Poladovun doğum günü qeyd olunub. Günün sonunda uşaqlar onlar üçün hazırlanan konsert proqramını izləyiblər.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur. Düşərgənin baş sponsorları : “Qalaaltı Hotel & Spa ”, “PMD Hospitality”dir, sponsorlar: “PAŞA Bank”, “NAR", “Rabitə Bank”, “Bravo” marketlər şəbəkəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.