İDMAN


"Yuventus" səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub

Bakı, 16 yanvar, Nicat Məmmədov, AZƏRTAC

Yanvarın 16-da İtaliya Super kubokunun final qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki "King Abdulla City" stadionunda təşkil olunan görüşdə son İtaliya çempionu “Yuventus” və ölkə kubokunun finalçısı “Milan” üz-üzə gəlib.

Görüş turinlilərin minimal hesablı qələbəsi ilə başa çatıb (1:0). Oyunda yeganə qolun müəllifi 61-ci dəqiqədə Kriştino Ronaldo olub. Qarşılaşmanın 74-cü dəqiqəsində "Milan"ın futbolçusu Frank Kessiye qırmızı vərəqə alaraq meydandan qovulub. Bu qərarı matçın baş hakimi Luka Banti VAR sisteminə müraciət edəndən sonra verib.

Beləliklə, "qoca sinyora" qalib gələrək tarixində 8 dəfə İtaliya Super kubokunun qalibi adını qazanıb.

Bu komandalar ümumilikdə 174 dəfə qarşılaşıblar. Onların 65-də “Yuventus”, 49-da isə “Milan” komandası qalib gəlib. Komandalar İtaliya Super kuboku turnirində 2 dəfə qarşılaşıblar. Onların birindən “Milan” (2003-cü il), digərində isə turinlilər (2016-cı il) qalib ayrılıb. "Yuventus" səkkizinci dəfə İtaliya Super kubokunun finalında oynayır. İtaliya Super kuboku 1988-ci ildən təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.