İDMAN
"Zirə" öz meydanında "Sabah"a uduzub
Bakı, 20 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 20-də futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Zirə" doğma meydanda "Sabah"ı qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Sabah"ın heyətində Xulio Sezar Rodrigez 51-ci dəqiqədə fərqlənib. Görüşün 90+2-ci dəqiqəsində isə Kevin Kubemba fərqi artırıb.
Bu qələbə nəticəsində "Sabah" xallarının sayını 6-ya çatdırıb, cari mövsüm ilk dəfə məğlub olan "Zirə"nin isə 4 xalı var.
Üçüncü tura hazırda oynanılan "Qarabağ"-"Neftçi" matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" evdə "Səbail"i 2:1 hesabı ilə üstələyib, "Qəbələ" - "Keşlə" qarşılaşmasında qol vurulmayıb.