CƏMİYYƏT
"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Bakıda keçirilən “ADEX-2024” və "Securex Caspian" sərgiləri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (MSN) və tabeli qurumları ilə bir sıra xarici dövlət təşkilatları və özəl şirkətlər arasında sənədlər imzalanıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi, Milli Aerokosmik Agentliyi ilə Türkiyənin “Aselsan” şirkəti, Elmi-Tədqiqat İnstitutu ilə Belarus Respublikasının Dövlət Xarici Ticarət Unitar Müəssisəsi - “Belspesvneştexnika”, "Azərsilah" Müdafiə Sənayesi Holdinqi ilə Türkiyənin REPKON, Çinin "China Precision Machinery Import-Export Corporation", Bosniya və Herseqovinanın "Tehnicki Remont Bratunac", Slovakiyanın "MSM Group", İsrailin "AS Holdings" və "Elbit Systems", Serbiyanın "Yugoimport SDPR" şirkətləri arasında müqavilələr imzalanıb.
Sənədlər həmin qurumlar arasında hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələrin genişləndirilməsini nəzərdə tutur.