İDMAN
"Kür" həndbol klubunun baş məşqçisi: "Ən kiçik şansdan belə, istifadə etmək istəyirdik"
Mingəçevir, 1 dekabr, AZƏRTAC
"Çox çətin oyun oldu".
AZƏRTAC xəbər verir ki, bu sözləri kişi həndbolçulardan ibarət "Kür" komandasının baş məşqçisi Nasser Salimi Avropa Kubokunun 1/16 final mərhələsində İslandiyanın "Haukar" klubuna uduzaraq mübarizəni dayandırmaları barədə jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis rəqibin güclü komanda olduğunu bildirib: "Ötən mövsüm yüksək nəticələrə imza atmışdılar. Bilirdik ki, bizim üçün asan olmayacaq. Amma ən kiçik şansdan belə, istifadə etmək istəyirdik. Komandama, bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm".