"OPEC plus"un iclası dünya bazarlarında neftin qiymətinə müsbət təsir göstərib
Vyana, 1 iyul, AZƏRTAC
"OPEC plus" Nazirlərinin Birgə Monitorinq Komitəsinin Vyanada keçirilən növbəti iclası dünya bazarlarında neftin qiymətinə müsbət təsir göstərib. OPEC və qeyri-OPEC ölkələrinin iclasında mövcud kvotalara dəyişiklik edilmədən neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması təklif olunub.
AZƏRTAC xəbər verir ki, hasilat limiti barədə qərar ehtimalı dünya bazarlarında neftin qiymətinin yüksəlməsinə səbəb olub. ABŞ istehsalı olan "West Texas Intermediate" (WTI) markalı neftin bir barelinin qiyməti iyulun 1-də gün ərzində bir neçə dəfə 60 dollar həddini keçib.
Avropa bazarları üçün əhəmiyyət daşıyan "Brent" markalı neftin bir bareli 66 dollara çatıb və ötən həftədəki orta göstəricidən yuxarı olub.
Ekspertlərin fikrincə, qlobal vəziyyət və ABŞ-Çin ticari gərginliyi fonunda təzyiq altında olan qiymətləri dəstəkləmək üçün hasilatın azaldılması zərurəti meydana gəlib. Lakin ekspertlər yaxın gələcəkdə istehsalçı ölkələr tərəfindən hasilatın hazırkı limitdən də aşağı salınacağını ehtimal etmirlər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]