"Sinfin səmərəli idarə edilməsi" mövzusunda vebinar təşkil ediləcək
Bakı, 8 dekabr, AZƏRTAC
Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti vebinar dekabrın 9-u saat 17:00-da “Sinfin səmərəli idarə edilməsi” mövzusunda keçiriləcək. Spiker qismində ADA məktəbinin Azərbaycan dili və ədəbiyyat departamentinin rəhbəri və müəllimi, gənc alim və tədqiqatçıların qrant layihələrinin qiymətləndirilməsi üzrə müstəqil elmi ekspert, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun V qrant müsabiqəsinin qalibi Esmira Tahirova çıxış edəcək. Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.
Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:10]
Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür
- 09.06.2026 [16:07]
BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü təşkil olunub
- 09.06.2026 [14:28]