CƏMİYYƏT
AAYDA-nın rəhbərliyi və əməkdaşları inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər




Bakı, 27 sentyabr, AZƏRTAC
Anım Günü ilə əlaqədar sentyabrın 27-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin digər rəhbər şəxsləri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin rəhbərliyi və əməkdaşları parkın girişindəki xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün – sentyabrın 27-si Anım Günü kimi qeyd edilir.
Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.