“ABB-MOSKVA”NIN SANKT-PETERBURQDAKI FİLİALI 5 İLLİK YUBİLEYİNİ QEYD EDİR
Azərbaycan-Moskva Beynəlxalq Bankının (“ABB-Moskva”) mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinə verilən məlumata görə, 2008-ci il mayın 28-də bu bankın Sankt-Peterburqdakı filialının Rusiya maliyyə bazarında fəaliyyətinin 5 ili tamam olmuşdur.
Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu olan “ABB-Moskva” öz fəaliyyətini RF ərazisində həyata keçirən, 100 faiz Azərbaycan kapitalına əsaslanan ilk və yeganə bankdır. Şübhəsiz ki, belə bir bankın yaranması Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin dinamik inkişafını təsdiqləyən nümunələrdən biri olub, iki ölkə arasında dostluq və mehriban qonşuluq əlaqələrinin qarşılıqlı hörmət və paritet prinsiplərinə əsaslanan yeni iqtisadi siyasətin təşəkkül tapdığını göstərir.
Bu gün “ABB-Moskva” geniş regional şəbəkəyə, məhsul və xidmətlərin əhatəli spektrinə malik olan universal maliyyə təsisatıdır. Bank Azərbaycan və Rusiyanın biznes strukturları arasında ənənəvi iqtisadi münasibətlərin möhkəmlənməsi üçün şərait yaradılmasında mühüm rol oynayır, dövlətlərarası iqtisadi proqramların işlənib hazırlanmasında, Rusiya bankları ilə müştərək layihələrdə iştirak edir. “ABB-Moskva” fəal kredit siyasəti yeridir, iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələri maliyyələşdirir, ölkələr arasında əmtəə dövriyyəsinin artmasına kömək edir. 2007-ci ildə “ABB-Moskva” rubl və xarici valyuta ilə bank əməliyyatlarının həyata keçirilməsi üçün Rusiya Bankının Baş lisenziyasını almış, 2004-cü ildə Əmanətlərin Sığortalanması Sisteminə daxil olmuş, 2005-ci ildə beynəlxalq “Visa İnternational” tədiyyə sisteminin assosiasiya edilmiş iştirakçısı statusu qazanmışdır. Bütün bunlar biznesin kompleks şəkildə inkişafı üçün imkan yaradır.
Bu gün “ABB-Moskva” öz fəaliyyətinin əsas göstəricilərinə görə Rusiyanın 200 ən iri bankları sırasına daxildir və yaxın bir neçə ildə TOP150 səviyyəsinə çatmağı planlaşdırır. 2007-ci ilin sonunda bankın kapitalı 866 milyon rubl, aktivlərinin məbləği 8.237 milyon rubl, kredit portfelinin həcmi 4.697 milyon rubl olmuşdur.
“ABB-Moskva” pərakəndə fəaliyyət istiqamətini inkişaf etdirmək çərçivəsində xidmət şəbəkəsini genişləndirir. Moskvada bankın 7 ofisi hüquqi və fiziki şəxslərə kompleks xidmətlər göstərir. Bank Sankt-Peterburq və Yekaterinburq şəhərlərində öz filiallarını açmışdır. Sankt-Peterburqdakı filial bazasında Şimal-Qərb regionunda xidmət şəbəkəsini inkişaf etdirmək nəzərdə tutulur. 2006 və 2007-ci illərdə bu istiqamətdə ilk addım kimi iki əlavə ofis açılmışdır. Beləliklə, bu gün “ABB-Moskva” Rusiyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 3 regionunda təmsil olunmuşdur. Yeri gəlmişkən, RF-də yaşayan azərbaycanlıların ümumi sayının 70 faizdən çoxu, Azərbaycanla bağlı biznesin isə 75 faizdən çoxu məhz həmin regionlarda cəmləşmişdir.
Sankt-Peterburq filialı bankın biznesinin ümumi həcmində getdikcə daha ciddi rol oynayır. 2007-ci ilin yekunlarına görə, filialın balansı 1099,5 milyon rubl, kredit portfeli 861,9 milyon rubl olmuşdur.
Bankın ən çox tələb olunan, kütləvi və sürətlə genişlənməkdə olan xidmətlərindən biri xüsusi hesab açılmadan Rusiya ilə Azərbaycan arasında pul köçürmələrinə xidmət edilməsidir. 2007-ci ilin sonunda Sankt-Peterburqdakı filialda pul köçürmələrinin ümumi həcmi 24 milyon dollar, xidmət edilmiş köçürmələrin sayı 16000 dollar olmuşdur. Hazırda bankın filialı özünün “Visa” kartlarının fəal emissiyasını həyata keçirir. Bankomatlar və POS-terminallar şəbəkəsi genişlənir, əmək haqqı ilə bağlı layihələr həyata keçirilir. Filialın əməkdaşları daim müasir kart məhsullarının işlənib hazırlanması və tətbiqi ilə məşğul olurlar. Yaxın gələcəkdə beynəlxalq “Master Card” sistemi kartlarının emissiyası planlaşdırılır.
Bankın filialının rəhbərliyi və kollektivi əmindir ki, “ABB-Moskva”nın ilk regional bölməsi zamanın sınağından şərəflə çıxmışdır və o, gələcəkdə də səmərəli və etibarlı fəaliyyət göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
- 09.06.2026 [23:56]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [23:49]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:30]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:28]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [23:26]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:22]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [22:13]
Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb
- 09.06.2026 [21:51]
Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir
- 09.06.2026 [21:50]
Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb
- 09.06.2026 [21:44]
“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət
- 09.06.2026 [21:37]
“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub
- 09.06.2026 [21:34]
Salyanda yol qəzası olub, xəsarət alanlar var
- 09.06.2026 [21:34]
Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
- 09.06.2026 [21:14]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [21:01]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [20:32]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:17]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [20:00]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:57]
Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir
- 09.06.2026 [19:32]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:24]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [19:10]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [19:08]
Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib
- 09.06.2026 [19:01]
Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər
- 09.06.2026 [18:55]
Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub
- 09.06.2026 [18:50]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [18:42]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:40]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [18:13]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:56]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:47]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:45]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:43]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:26]
Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib
- 09.06.2026 [17:23]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [17:22]
“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:20]
Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb
- 09.06.2026 [17:16]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:13]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:12]
Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [17:10]
Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb
- 09.06.2026 [17:00]
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
- 09.06.2026 [16:58]