ABŞ ALİ HƏRBİ-DƏNİZ QÜVVƏLƏRİNİN MƏKTƏBİNDƏ QAFQAZDAKI MÜNAQİŞƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov ABŞ Hərbi Dəniz Qüvvələrinin Kaliforniyanın Monterey şəhərindəki ali təhsil müəssisəsinin Avrasiyadakı etnosiyasi münaqişələri öyrənən tələbələr qarşısında çıxış etmişdir. Diplomat bildirmişdir ki, Azərbaycanın və Gürcüstanın siyasətini ölçülüb-biçilmiş praqmatizm və gələcəyin strateji imkanlarını görmək bacarığı fərqləndirir.
Uğurlu regional əməkdaşlığın əsasını müstəqil dövlət quruculuğunun vacib elementi olan məhz bu praqmatizm təşkil edir. Təəssüf ki, Yerevanın etnomərkəzçi ideologiyadan əl çəkib regiondakı vəziyyətə realist nəzərlərlə baxa bilməməsi onun təklənməsini və asılılığını daha da gücləndirir.
Seminar ABŞ HDQ-nin ali məktəbində təhsil alan həmvətənimiz Tamerlan Vahabovun köməyi ilə təşkil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]