ABŞ alimləri əllərin titrəməsinin qarşısını alan bilərzik hazırlayıblar
Bakı, 27 aprel, AZƏRTAC
Tremor - səbəbi məlum olmayan hərəkət pozğunluğudur. Bu patologiya adətən əllərin və ya barmaqların titrəməsi ilə özünü göstərir. Bəzən baş, səs telləri və bədənin başqa hissələrinin də titrəməsi müşahidə olunur.
AZƏRTAC meddaily.ru saytına istinadla xəbər verir ki, ABŞ-ın Kanzas Universitetinin alimləri əllərin titrəməsini azaldan unikal bilərzik hazırlayıblar. Yeni qurğunun sınaqlarında iştirak üçün 130 pasiyent dəvət edilib. Bilərzik əllərin titrəməsinə səbəb olan neyron fəallığının qarşısını almaq üçün biləkdə median və radial sinirlərə impulslar ötürür. Qadcet sayəsində sınaq iştirakçılarının əllərinin titrəməsi 65 faiz azalıb.
Hazırda alimlər qurğunun təkmilləşdirilməsi üzərində çalışırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:28]
BDU ilə Misir universitetləri arasında əlaqələr genişlənir
- 09.06.2026 [13:57]
AzMİU Almaniyada beynəlxalq platformada təmsil olunub
- 09.06.2026 [13:06]
Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb
- 09.06.2026 [13:01]