ABŞ AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİNİN DƏSTƏKLƏNMƏSİNƏ 3 MİLYON DOLLARDAN ARTIQ VƏSAİT AYIRACAQ
Amerika Birləşmiş Ştatları cari ilin oktyabrında Azərbycanda azad və ədalətli prezident seçkilərinin keçirilməsinə yönəldilmiş səylərin dəstəklənməsi üçün müxtəlif proqramlara 3 milyon dollardan artıq vəsait ayıracaqdır.
AZƏRTAC xəbər verir ki, bunu mayın 1-də keçirilən mətbuat konfransında ABŞ-ın ölkəmizdəki səfiri Ann Ders bildirmişdir. Diplomatın sözlərinə görə, yardım proqramı siyasi partiyaların və siyasi sistemin möhkəmləndirilməsi, seçkilərin müşahidə olunması və şikayətlərə baxılması, hüquq mühafizə orqanları əməkdaşları üçün treninqlərin keçirilməsi, habelə siyasi debatların təşkilini əhatə edəcəkdir.
Səfir demişdir: “Oktyabr seçkiləri beynəlxalq imicini və dünyada nüfuzunu daha da möhkəmləndirməkdən ötrü Azərbaycan üçün müstəsna imkan olacaqdır. Bu, ölkə qarşısında duran bir çox problemləri həll etməyə kömək edəcəkdir”.
A.Ders vurğulamışdır ki, bəzi proqramlar siyasi partiyalar və dövlət orqanları ilə birlikdə həyata keçiriləcəkdir. Proqramların məqsədi Azərbaycan hökumətinin azad və ədalətli seçkilər keçirilməsi üçün şərait yaratmaq niyyətini dəstəkləməkdir.
Ann Ders demişdir: “Birləşmiş Ştatlar demokratiya sayəsində regional lider olmaqda Azərbaycana kömək etmək istəyir. Ümidvarıq ki, proqramlarımız bu məqsədə çatmaqda Azərbaycana kömək edəcəkdir”.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]