DÜNYA
ABŞ-da 78 milyona yaxın seçici erkən səsvermədə iştirak edib
Vaşinqton, 5 noyabr, AZƏRTAC
ABŞ-da seçicilərin 78,1 milyona yaxını prezident seçkiləri ilə bağlı artıq səs veriblər.
AZƏRTAC-ın məlumatına görə, bu barədə “NBC News” məlumat yayıb. Məlumata əsasən, onlardan 55 faizi bunu seçki məntəqəsinə gedərək edib, 45 faizi isə səslərini poçt vasitəsilə göndərib. Səs verənlərdən 41 faizi Demokratlar Partiyasını, 39 faizi Respublikaçılar Partiyasını dəstəkləyənlər, yerdə qalan 20 faizi isə digər siyasi görüşlərə malik insanlardır. Erkən səsvermədə iştirak edənlərin 52 faizi kişi, 44 faizi qadındır, digər 3 faizi ilə bağlı məlumat dəqiqləşməyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton