ABŞ-da müəllimlər üçün silahdan atış təlimi keçirilir
Bakı, 6 iyul, AZƏRTAC
ABŞ-da müəllimlər üçün silahdan atış təlimi keçirilir. AZƏRTAC CNBS telekanalının saytına istinadla xəbər verir ki, bu təlimlər Birləşmiş Ştatlarda son illərdə məktəblərdə baş verən qətliamlardan sonra verilən qərara əsasən təşkil olunur.
Telekanalın reportajında bildirilib ki, təlimdə müəllimlərə silahdan istifadə, ona qulluq edilməsi, bədənin hansı nöqtələrinə atəş açılması, obyektin hədəf alınması məşğələləri keçirilir. ABŞ-ın Yuta ştatında başlanan pilot təlimlərdə silahla müdafiə texnikası, yaralılara ilk tibbi yardımın göstərilməsi də öyrədilir.
ABŞ hüquq-mühafizə orqanlarının rəsmiləri bildiriblər ki, silahları ilə məktəbə gələcək olan müəllimlər onlardan necə istifadə edilməsini də yaxşı bilməlidirlər. Qeyd olunur ki, artıq yüzlərlə müəllim təlim kurslarında iştirak etmək üçün müraciət edib.
Müəllimlərin silahlandırılması və silahdan atış təlimlərinin keçirilməsi silaha qarşı olan təşkilatların etirazına səbəb olub. Onlar hesab edirlər ki, bu “silah mafiyası”nın mənfəəti üçündür.
Birləşmiş Ştatların hər bir ştatının silahla bağlı öz qanunu var. Məsələn, Vermontda 16 yaşına çatmış hər bir sakin icazə almadan silah satın ala bilirsə, Montanada bu yaş həddi cəmi 14-dür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]