DÜNYA
ABŞ-da uşaq intiharları artmaqdadır
Bakı, 5 sentyabr, AZƏRTAC
Milli Psixi Sağlamlıq İnstitutu amerikalı uşaqların intihar nisbətlərinin son 15 ildə durmadan artdığını və xüsusilə qızların sayının artmasının diqqət çəkdiyini açıqlayıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “JAMA Network Open” tibb jurnalında dərc olunan məqalədə bu vəziyyətin tək bir amillə izah edilə bilməyəcəyi vurğulanıb.
Koronavirus pandemiyasından sonra psixi sağlamlıq problemlərinin artması qeyd edilərkən, uşaq intiharlarının əsas aktorlarının texnologiya, sosial media və silahlar olduğu bildirilir. 2001-2022-ci illərdə 8-12 yaş arası 2241 uşağın özünü öldürdüyü, 2008-2022-ci illərdə bu nisbətlərin 2007-ci ilə qədər azaldığı, hər il təxminən 8 faiz artdığı ortaya çıxıb. Oğlanların qızlara nisbətən intihar halları davam etsə də, 8-12 yaş qrupunda qızların sayının artması diqqət çəkir. 2001-2007-ci illərdə bu yaş qrupunda əsas ölüm səbəbləri arasında 11-ci yerdə olan intihar 2008-2022-ci illərdə 5-ci yerə yüksəlib. Birinci dövrdə 1 milyona 1,25 olan intihar nisbətinin ikinci dövrdə 4,15-ə yüksəldiyi bildirilir. Digər tərəfdən, qaradərili insanlar hər iki dövrdə ən yüksək intihar nisbətinə sahib olmağa davam edib. 10-24 yaş qrupunda intiharlar ikinci ən çox görülən ölüm səbəbidir.
Milli Psixi Sağlamlıq İnstitutundan Lisa Horowitz intihara yanaşmanın son məlumatlarla dəyişdirilməsinin lazım olduğunu vurğulayıb: “İntihar haqqında danışaraq kiminsə beyninə bu fikri soxduğu mifi məhv etməliyik. Vəziyyətin tam əksinə olduğunu göstərən 4 araşdırma var. Uşaqlarla intihar riski haqqında danışmaq həyatları xilas edə bilər. Valideynlərə deyirəm ki, uşaqlarla siqaret və narkotik istifadəsi haqqında danışsınlar, lakin söhbətə psixi sağlamlıq problemləri də daxil edilməlidir. Digər tərəfdən, ABŞ-da uşaqları onlayn təhlükələrdən qorumaq üçün qanun layihəsi də Senat tərəfindən qəbul edilib. Qanun layihəsi uşaqların şəxsi məlumatlarının qorunması və asılılıq yaradan xüsusiyyətlərin söndürülməsi variantlarını nəzərdə tutur. “Uşaq məxfiliyi” qanunlarını yeniləyən və yaşı 13-17-dən aşağı olan istifadəçilərin şəxsi məlumatlarının toplanmasına qadağaların artırılmasını ehtiva edən qanun layihəsi gənclər üçün “ehtimal ki, zərərli” reklamları da qadağan edəcək və onlara şəxsi məlumatlarını silmək imkanı verəcək. Texnologiya şirkətləri zorakılığın, intiharın təbliğatının, qidalanma pozğunluğunun, narkotik maddələrin istifadəsi və uşaqlara qarşı qeyri-qanuni məhsulların reklamının qarşısını almaq üçün tədbirlər görməlidir”.
Microsoft, X və Snap kimi bəzi texnologiya şirkətləri qanun layihəsini dəstəklədiklərini bildirərkən, Meta Platforms valideyn razılığına əsaslanan tənzimləməyə üstünlük verəcəyini açıqlayıb.