ABŞ DÖVLƏT KATİBİNİN KÖMƏKÇİSİ BAKI-TBİLSİ-CEYHAN LAYİHƏSİNİN REGİONAL ƏMƏKDAŞLIĞIN BARİZ NÜMUNƏSİ OLDUĞUNU BİLDİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İstanbulda Türkiyə-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının 3-cü iclasında iştirak edən Birləşmiş Ştatlar dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Daniel Sullivan Bakı-Tbilisi-Ceyhan layihəsini böyük nailiyyət kimi dəyərləndirərək, bu kəmərin regional əməkdaşlığın bariz nümunəsi olduğunu bildirmişdir.
Daniel Sullivan əlavə etmişdir ki, Türkiyə neft və qaz kəmərlərinin inşası və istismarı sahəsində böyük imkanlara malikdir. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhanla başlayan bu layihələr dünyanın enerji təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. ABŞ və Türkiyə enerji sektorunun gələcəyinə dair məsələlərdə ortaq mövqedən çıxış edirlər.
Birləşmiş Ştatlar dövlət katibinin köməkçisi Türkiyə ilə ABŞ arasında iqtisadi əməkdaşlığın dərinləşməsində hər iki ölkənin özəl sektorunun böyük payı olduğunu da vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.07.2025 [12:44]
Kanada Hərbi Hava Qüvvələrinə ilk dəfə qadın başçılıq edəcək
- 11.07.2025 [12:33]
“Bitcoin”in qiyməti tarixi maksimuma yüksəlib
- 11.07.2025 [12:28]
Media: ABŞ Ukraynaya hücum silahlarının satışını istisna etmir
- 11.07.2025 [12:08]
Marko Rubio Çinin xarici işlər naziri ilə görüşəcək
- 11.07.2025 [11:52]
Türkiyədə kibercinayətlərdə şübhəli bilinən 350 nəfər saxlanılıb
- 11.07.2025 [11:45]
Hesabat: Çexiyada gənclərin radikallaşması tendensiyası müşahidə olunur
- 11.07.2025 [10:50]