Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ABŞ-ın addımları “Siyasətdə əbədi dost yox, maraqlar olur” tezisinin mövcudluğunu bir daha təsdiqləyir– RƏY

ABŞ-ın addımları “Siyasətdə əbədi dost yox, maraqlar olur” tezisinin mövcudluğunu bir daha təsdiqləyir–  RƏY

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan dönə-dönə ən yüksək tribunalardan dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri, faciələri əsaslı şəkildə bəyan edir. Bu fakt inkaredilməzdir ki, artıq tarixin arxivinə atılan Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasında əksər dünya güclərinin ikili mövqe nümayiş etdirmələri böyük rol oynadı. Bunun üçün münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, bu gün artıq tarixin arxivinə göndərilən ATƏT-in Minsk qrupunun həmsədrlərinin 27 il BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qalmasına yönələn addımlarını yada salmaq kifayətdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə bildirib.

“Vasitəçilik missiyasını yerinə yetirən bəzi dünya gücləri 27 il münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail olmadılar. Sonadək belə bir yanlış mövqe nümayiş etdirdilər ki, işğalçının adı ilə çağırılması münaqişənin həllinə mane ola bilər. Ermənistana demokratiyaya dəstək adı altında göstərilən maddi və mənəvi dəstəklər, işğalçı dövlətin silahlandırılması və sair kimi addımlar tarixi Zəfərimizdən sonra da davam etdirilir. Bununla da dünya hüquq problemini yaşadığını bir daha açıq-aşkar nümayiş etdirir. Rəsmi Bakının bəyanatlarında daim bu məqam xüsusi qeyd edilir ki, münaqişəli məsələlərin həllində əsas amil olan ədalətin və beynəlxalq hüquq normalarının tətbiqi üçün vahid mexanizm olmalıdır. Eyni zamanda, bu mühüm amili də qeyd etməliyik ki, postmünaqişə dövrünün mühüm çağırışlarından biri BMT sisteminin təkmilləşdirilməsi, qurumun Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi məsələsidir. Azərbaycan bununla bağlı təkliflərini də diqqətə çatdırır. Təbii ki, bunları qeyd etməyimiz səbəbsiz deyil. Azərbaycan bütün bunlara baxmayaraq, ilk gündən strateji hədəflərinin dəyişməz olduğunu bəyan etdi. Bu, müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq qalmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu qoruyub saxlamaq və ərazi bütövlüyümüzü bərpa etmək idi”, - deyə o qeyd edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaratdı. Bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələr öz xarici siyasətlərini ambisiyaları üzərində qurmamalıdırlar. Bu həmin güclərin müstəmləkəçilik siyasəti əsasən dünyanın müxtəlif yerlərində müsəlman əhalisinə qarşı yönəlmişdir. Özlərini dünyanın ağası hesab edən bu müstəmləkəçi dövlətlər anlamalıdırlar ki, heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz.

Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngində də bu məqamlara xüsusi diqqət yönəldildi. Belə ki, dövlətimizin başçısı qeyd etdi ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğu, həqiqəti əks etdirmədiyi və Azərbaycan tərəfindən rədd edildiyi bildirildi. Prezident İlham Əliyev Azərbaycanın mövqeyini tam açıqlığı ilə diqqətə çatdırdı. ABŞ öz mövqeyindən geri çəkildi və bir daha təsdiq olundu ki, heç bir qüvvə Azərbaycanla təzyiq və təhdid dili ilə danışa bilməz. Azərbaycan siyasətində müstəqildir, prinsipialdır, mövqeyi dəyişməzdir və bu mövqeyi sona kimi müdafiə etməkdə israrlıdır. Blinkenin yanaşması da göstərir ki, həm Konqres, həm də Dövlət Departamentinin nümayəndələri yanlış mövqedə olublar.

YAP Xətai rayon təşkilatının sədri Azərbaycan Xarici İşlər Nazirliyinin Konqresdə dinləmələrlə bağlı bəyanatında yer alan bu məqamlara bir daha diqqəti yönəldib ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün gücdən istifadə etməklə bağlı legitim hüququ olduğunu bir daha vurğulayır. ABŞ tərəfinin Azərbaycana münasibətdə Birləşmiş Ştatların təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatına gəlincə isə qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz. Eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaq. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik. Üstəlik, ABŞ-ın belə birtərəfli yanaşması onun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bizim 2023-cü ildə noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir. Beynəlxalq hüququn norma və prinsipləri Azərbaycanın xarici siyasətində həmişə prioritet olub. Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda, Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq.

V.Rəhimzadə ABŞ-ın ikiüzlülüyünün göstəricilərindən biri kimi Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çəlikin fikirlərini də diqqətə çatdırıb. AK Partinin sözçüsü bildirib ki, hələ o vaxt ABŞ Türkiyəyə “F-16”ların verilməsi üçün şərt kimi Ankaradan Azərbaycana Qarabağın azad olunması üçün verdiyi dəstəyi kəsməsini tələb etmişdir. Göründüyü kimi, ABŞ öz müttəfiqləri ilə təzyiq dilində danışır, onları təhdid edir. Əksər dünya güclərinin zaman-zaman atdıqları addımlar, maraqları ucbatından ədalətin və beynəlxalq hüququn yoxluğu barədə yaratdıqları fikirlər “Siyasətdə əbədi dost yox, maraqlar olur” tezisinin mövcudluğunu bir daha təsdiqləyir. 44 günlük İkinci Qarabağ müharibəsi hər zaman qeyd etdiyimiz kimi, bir həqiqət anı oldu. Kimin ədalətin, kimin isə təcavüzkarın yanında olduğu təsdiqləndi. Qardaş Türkiyə müharibə başlandığı andan Azərbaycana siyasi və mənəvi dəstəyini göstərdi.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, “F-16”ların, “F-35”lərin Türkiyəyə verilməməsinin əsl səbəbləri bəllidir. ABŞ bunun üçün çoxsaylı bəhanələr ortaya atıb Türkiyəyə təzyiq göstərməyə çalışır. Azərbaycana yardım məsələsi də bu bəhanələrdən biridir. Reallıq budur ki, Türkiyə bu gün dünya çapında söz sahibinə, bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantına çevrilmişdir. Türkiyənin güclü sənayesi həm qardaş ölkənin, həm də Türkiyənin müttəfiqlərini gücləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliya mətbuatı Bakıda Cənub Qaz Dəhlizi ilə bağlı keçirilən iclaslardan yazıb

Qod Nisanova “Dostluq” ordeni təqdim olunub

Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxışına Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Türkiyə 2030-cu il üçün “Togg” elektromobillərinin istehsalını 1 milyona çatdırmağı planlaşdırır

Krasnodarda erməni odlu silahdan atəş açaraq afrikalı biznesmeni öldürüb

Türkiyədə “Şərq ekspresi”nə yeni alternativlər işə salınacaq

Sumqayıtda qətl törətməkdə şübhəli bilinən şəxs ölüb

ADPU-nun Şəki filialında M.Ə.Rəsulzadənin 140 illiyinə həsr olunan intellektual yarış təşkil edilib

Heydər Əliyev Mərkəzində “Qarabağ FK - 30 mövsüm səfərdə” sənədli filminin təqdimatı olub

Almaniya Bundestaqının nümayəndələri Milli Məclisdə olublar

Finlandiyanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi keçirilib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz YAP nümayəndə heyətini qəbul edib

ADPU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəzin açılışı olub

YAP nümayəndə heyəti III Antalya Diplomatiya Forumunda iştirak edir

Premyer Liqa: “Sumqayıt” doğma meydanda “Kəpəz”ə məğlub olub

AzTU və Hacettepe Universiteti ömürboyu öyrənmə üzrə əməkdaşlığa başlayıb

Ceyhun Bayramov: TDT-yə üzv dövlətlərlə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir

Azərbaycan-Slovakiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün səylərin birləşdirilməsi vacibdir

Vergi güzəştləri təhsil, səhiyyə, idman, mədəniyyət və incəsənət kimi sahələrin inkişafını dəstəkləyir

Son bir ayda Azərbaycanda COVID-19 infeksiyasına 514 yoluxma faktı qeydə alınıb

Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası plenar sessiyalarla davam edib

Bundestaqın deputatı: Almaniya ərazi bütövlüyü və sülh məsələsində Azərbaycanla birlikdədir

Mühəndis təminatı üzrə tədbirlərin icrası davam etdirilir VİDEO

Azərbaycan Metrologiya İnstitutunda 20 yeni laboratoriya yaradılır

Energetika naziri və Avropa İttifaqının energetika məsələləri üzrə komissarı mətbuat üçün bəyanat yayıb

Göyçayda kanalda batdığı ehtimal olunan kişinin axtarışları davam edir

Pərviz Şahbazov: Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurasının tarixində ən böyük iclası keçirilib

Qarabağ xanlığının tarixi və mədəni irsi haqqında nəşr Londonda kitabxanaya hədiyyə edilib

Gürcü nazir: Gürcüstan Cənub Qaz Dəhlizi təşəbbüsünün tammiqyaslı inkişafına yönəlmiş layihələri dəstəkləyir

Kobud və təhlükəli qayda pozuntusuna yol verən sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb

SOCAR-ın Rumıniya bazarında fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

Masallıda “Mercedes” markalı iki avtomobil toqquşub, yaralılar var

SOCAR-ın prezidenti Moldovanın energetika naziri ilə görüşüb

Səfir: Slovakiya Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Dövlət satınalmalarına nəzarət tədbirləri nəticəsində 9,5 milyon manata qənaət edilib - YENİLƏNİB

Albaniyanın Baş naziri Edi Ramanın Azərbaycana işgüzar səfəri başa çatıb

Kadri Simson: Avropada fəaliyyət göstərən bir sıra şirkətə Azərbaycana sərmayə yatırmasını tövsiyə etmişəm

Azərbaycan və Rumıniya arasında ikitərəfli əməkdaşlıq gündəliyi müzakirə edilib

Azərbaycan bu il istehsal edəcəyi təbii qazın yarısını ixrac edəcək VİDEO

Prezident İlham Əliyevin Albaniyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub VİDEO

Azərbaycanda aşağı yaş qrupları üçün voleybol akademiyasının yaradılması müzakirə olunub

Energetika naziri: Bizim istənilən qədər qaz rezervuarımız var VİDEO

Sumqayıtda qətl törədən şəxs intihara cəhd edib

Levan Davitaşvili: Azərbaycan, Gürcüstan və Türkiyənin sıx əməkdaşlığı Cənub Qaz Dəhlizinin imkanlarını daha da artırır

Kadri Simson: Avropa Azərbaycandan daha çox qaz almaq istəyir VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşü olub YENİLƏNİB 2 VİDEO

“Qarabağ”ın legioneri: “Braqa” üzərində qələbə Azərbaycan futbolunu beynəlxalq arenada daha da tanıtdı

Kadri Simson: Azərbaycan etibarlı tərəfdaş olduğunu nümayiş etdirib VİDEO

Azərbaycanın enerji diplomatiyası regional inkişafa və təhlükəsizliyin gücləndirilməsinə xidmət edir

Səhiyyə Nazirliyi Laçında reproduktiv sağlamlıq mövzusuna həsr olunan maarifləndirici aksiya və konsultasiyalar təşkil edib

Üçqat dünya çempionu İlham Zəkiyev “Məktəbdə...” layihəsinin qonağı olub

Böyük Britaniya sularında dəniz şlakının yeni növü aşkarlanıb

“ASAN Məktub” sosial proqramı cari il bir sıra regionlar üzrə 374 uşağın arzusunu reallaşdırıb

Prezident Ərdoğan: Ermənistanla normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirəcəyik

Ədəbiyyat Muzeyinin Aran regional filialında Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd olunub

Bakı metrosundakı problem aradan qaldırılıb  YENİLƏNİB

Akademik Musiqili Teatrda “Mən dəyərəm min cavana” 90-cı dəfə nümayiş olunacaq

Muxtar respublikada quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq aparılıb

Dağılmış və yenidən hədəfdə olan Xarkov – AZƏRTAC-ın XÜSUSİ REPORTAJI VİDEO

FHN-in təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

“Braqa”lı futbolçunun Bakıda vurduğu qol ayın ən yaxşısı seçilib

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Nəzrin Nəzir

Bu il Somalidə 7 milyona yaxın insanın yardıma ehtiyacı olacaq

Ötən ay Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə 3675 müraciət daxil olub

“Qarabağ” və “Bayer” iştirak ərizələrini UEFA-ya təqdim edib

MEK-də kitabxanaçılar üçün beşgünlük təlim başa çatıb

“Parla” təqaüd proqramı həyata keçirilir

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

Salyanda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Orta Dəhlizin inkişafı Avropa və Şərqi Asiya üçün əhəmiyyətlidir

Almaniyalı deputatlar Böyük Qayıdışın müxtəlif aspektləri barədə məlumatlandırılıb

Saatlıda kənd sakininin ölümü ilə nəticələnən qəza baş verib

Taxıl sahələrində siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri görülür

® Növbəti “Azercell” mütəxəssisi kibertəhlükəsizlik üzrə yarışmada birinci olub

“Yaşıl kitabxanalar” - elmi seminar

Yüksək məhsuldarlıq göstəricilərinə görə fərqlənən fermerlər mükafatlandırılıb

Adil Əliyev: Fransanın məqsədi Ermənistanı özündən asılı vəziyyətdə saxlamaqdır

Kadri Simson: Biz təmiz enerjini Avropa İttifaqı-Azərbaycan münasibətlərinin əsas hissəsinə çevirdik

Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri Antalyada görüşüblər

Azərbaycan günəş, külək enerjisi layihələri üzrə “Nobel Energy” və “Elecnor” şirkətləri ilə əməkdaşlıq edəcək

Qanunsuz balıq ovlayanlar saxlanıldı

“Qırmızı Körpü” gömrük postunda gözləyən yük maşınlarının sayı artıb

® Kreditlərinizi “Kapital Bank”a gətirin daha sərfəli şərtlər əldə edin

Mexikonun milyonlarla sakini su çatışmazlığı ilə üzləşib

® EY Azərbaycan “EY İlin İş Adamı” müsabiqəsinin 20 iştirakçısını elan etdi

AFFA rəhbərliyi “Kəpəz” Futbol Akademiyasına baxış keçirib

Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin 6-cı iclası keçirilib

Türkiyə və Rusiyanın XİN rəhbərləri Antalyada görüşüblər

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

“YAŞAT” Fondunun “Onlar bizə əmanət” layihəsi davam edir

Albaniyanın Baş naziri: Azərbaycan qazı və Xəzər hövzəsi bizim birgə gələcəyimiz üçün mühüm rol oynayır

Boks millisinin baş məşqçisi: İtaliyada minimum iki və ya üç lisenziya qazanacağıq

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti ilə bağlı ictimai dinləmə keçirilib

Şamaxıda İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb

Daxili işlər naziri Şamaxıda vətəndaşlarla görüşəcək

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib
Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4 VİDEO

Son vaxtlar insanlar arasında artan “elektrik vurması” probleminin səbəbi nədir?

Polşa Slovakiya ilə sərhəddə nəzarəti dayandıracaq

Bəxtiyar Həsənov: Moskva azərbaycanlıları Qarabağa “Böyük Qayıdış” proqramının icrasını qürur hissi ilə izləyirlər

“Zirə” sabiq futbolçusunu transfer edib